Oktyabrda Rusiyada 2320 ədək pikap satılıb ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 33,5 faiz azdır.
Avtosfer.az xəbər verir ki, statistikanı Avtostat analitik agentliyi yayıb. Ruslar əsasən Çin istehsalı olan modellərə üstünlük veriblər. bunun da başlıca səbəbi qiymətin müvafiq olmasıdır.
Ümumilikdə isə, ilin ilk 10 ayı ərzində 17 500 ədəd təzə pikap müştərisini tapıb. Bu da 2024-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə 27 faiz azdır.
Ekspertlərin fikrincə, pikap satışlarındakı çöküş ölkənin ümumi iqtisadi vəziyyəti ilə əlaqədardır. Kiçik və orta biznesin, kənd təsərrüfatının zəifləməsi bu maşınlara tələbatı azaldıb.
Vüqar
