AZ

Bu il Türkiyənin Tuzla limanının qəbul etdiyi gəmilərin sayı açıqlanıb

Bakı. Trend:

2023-cü ilin yanvar-noyabr aylarında Türkiyənin Tuzla limanı 779gəmi qəbul edib.

Trend-in TurkicWorld-ə istinadənxəbərinə görə, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastrukturNazirliyindən məlumat verilib.

Bildirilib ki, qeyd edilən müddət ərzində Tuzla limanı Türkiyəbayrağı altında üzən 547, digər ölkələrin bayraqları altında üzən232 gəmi qəbul edib.

Qeyd edək ki, bu ilin noyabr ayında Türkiyə limanları 4 min 309gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrinbayraqları altında qəbul edilən gəmilərin sayı 2 min 911, Türkiyəbayrağı altında qəbul edilən gəmilərin sayı isə 1 398 olub.

2023-cü ilin yanvar-noyabr aylarında Türkiyə limanları 55 min495 gəmi qəbul edib.

Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul ediləndigər ölkələrin bayraqları altında olan gəmilər 37 min 749, Türkiyəbayrağı altında olan gəmilər isə 17 min 746 olub.

Seçilən
354
32
az.trend.az

10Mənbələr