Bir qrup amerikalı general gələn həftənin sonunda Vaşinqtonun “sülh planını” Kremllə müzakirə etmək üçün Moskvaya gedəcək .
Azreform.info xəbər verir ki, bu barədə “The Guardian” yazıb.
Nəşrin veridiyi məlumata görə, şənbə günü G7 və digər G20 liderləri CAR-ın paytaxtı Yohannesburqda keçiriləcək iki günlük G20 sammiti çərçivəsində ABŞ-ın rəhbərlik etdiyi planı müzakirə edəcəklər.
BBC-nin məlumatına görə, Trampın təklif etdiyi sənədi şərh edən Avropa Birliyinin xarici işlər naziri Kaja Kallas xəbərdarlıq edib ki, işğalı təşviq edən sülh sazişi "çox təhlükəli" qlobal presedent yaradacaq.
“Əgər siz sadəcə olaraq təcavüzə təslim olsanız, daha çox aqressiyaya səbəb olarsınız”, - Kallas qeyd edib. O əlavə edib ki, Rusiyadan nümunə götürən digər ölkələr də qonşu ərazilərinə “iştaha” yarada bilər.
Mürtəza