AZ

UEFA bu klubu cərimələdi

ain.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsində üz-üzə gələcəyi Almaniyanın "Ayntraxt" (Frankfurt) klubu cərimələnib.

Metbuat.az xəbər verir ki, bu barədə UEFA məlumat yayıb.

Buna Frankfurt təmsilçisinin evdə İngiltərənin "Liverpul" komandasına uduzduğu matçda yaşananlar səbəb olub.

Bundesliqa klubu ümumilikdə 39250 avro ödəməli olacaq. "Ayntraxt" sözügedən qarşılaşmada ictimai keçidlərin bağlanmasına görə 11000, pirotexniki vasitələrdən istifadəyə görə 10750, idman tədbirinə uyğun olmayan mesajların ötürülməsinə görə 17500 avro ziyana düşüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
75
5
metbuat.az

5Mənbələr