AZ

İlon Mask insanları ROBOT ORDUSU ilə əvəz edir- "Optimus" artıq həkim, polis və aşpaz kimi işləyir

İlon Mask yeni paylaşdığı video ilə dünyanı yenidən silkələyib.

Musavat.com xəbər verir ki, o, Optimus adlı humanoid robotların real iş şəraitində-həkimlərin, polis əməkdaşlarının, tikinti işçilərinin və hətta aşpazların gördüyü tapşırıqları yerinə yetirdiyini nümayiş etdirib.

Videoda Optimus robotları xəstələri müayinə etmək üçün tibbi prosedurları icra edir, polis patrulu funksiyalarını təqlid edir, tikinti sahəsində yük daşıyır və mexaniki işləri görür, mətbəxdə yemək hazırlayır və aşpaz tapşırıqlarını yerinə yetirir.

Mask daha əvvəl bildirmişdi ki, növbəti illərdə hər il 1 milyon Optimus istehsalını planlaşdırır. Bu, onun sözləri ilə “robot ordusu”nun yaradılması və bir çox sahədə insan əməyinin əvəz olunması deməkdir.

Ekspertlər hesab edirlər ki, Optimus robotlarının bu sürətlə inkişafı əmək bazarında böyük dəyişikliklərə səbəb ola bilər. Bunların sayəsində təhlükəsizlik xidmətləri və sənayedə insan iştirakını minimuma endirə və “robot iqtisadiyyatı”na keçidi sürətləndirə bilər.

Maskın təqdimatı sosial şəbəkələrdə böyük rezonans doğurub, bir çoxları bu prosesi “insanın yaxın gələcəkdə robotlarla rəqabət dövrü” adlandırır.



Musavat.com

Seçilən
48
musavat.com

1Mənbələr