AZ

​Braziliyalı futbol ulduzu karyerasına son qoydu

Məşhur yarımmüdafiəçi Fernandinyo karyerasını başa vurduğunu açıqlayıb. Metbuat.az xəbər verir ki, 40 yaşlı futbolçu Braziliya KİV-nə müsahibəsində yorulduğu üçün belə qərar verdiyini bildirib. Fernandinyo “Bu gün təxminən 30 dəqiqə qaçdım və özümü yorğun hiss etdim. Futbolda məni motivasiya edəcək heç bir şey qalmadı. Hər şeyə nail oldum. İndi ailəmlə vaxt keçirməyin vaxtıdır", - deyib.

Fernandinyo "Mançester Siti" ilə çoxsaylı titullar, o cümlədən beş Premyer Liqa, altı İngiltərə Liqa Kuboku qazanıb. Fernandinyo Braziliya millisinin heyətində 53 oyuna çıxıb, 2 qol vurub.

Seçilən
27
1
metbuat.az

2Mənbələr