AZ

Prezident fərman imzaladı: MİRAS yaradıldı

Prezident fərman imzaladı: MİRAS yaradıldı

Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sistemi (MİRAS) yaradılıb.

AFN.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, "Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sistemi haqqında Əsasnamə" təsdiq edilib və Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti elektron hökumət və dövlət informasiya ehtiyatları ilə bağlı normativ tələblərin yerinə yetirilməsi üçün müvafiq tədbirlər həyata keçirəcək.

Dövlət Təhlükəsizliyi Xidmətinə tapşırıqlar:

- MİRAS-ın formalaşdırılması, aparılması, fəaliyyəti və inkişafı üçün zəruri tədbirlərin görülməsi;- Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə sistemin dövlət informasiya ehtiyatları və fərdi məlumatların reyestrlərinə daxil edilməsinin təmin edilməsi.

Bir sıra dövlət qurumlarına isə altı ay müddətində aşağıdakı öhdəliklər verilib:

Əsasnamənin 3-cü hissəsində göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə olunmasının təmin edilməsi və görülən işlər barədə Prezidentə məlumat verilməsi.

Bunlar arasında Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi, Səhiyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Dövlət Sərhəd Xidməti, ASAN Xidmət, Dövlət İmtahan Mərkəzi, “Azərişıq” ASC və SOCAR-ın “Azəriqaz” İB də daxil olmaqla 20-dən artıq qurum yer alır.

Prezident tərəfindən Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sistemi haqqında Əsasnamə rəsmən təsdiq edilib.

Seçilən
41
afn.az

1Mənbələr