AZ

Juninyo Qarabağ da vurduğu qolu paylaşdı Video

ain.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Flamenqo”da çıxış edən “Qarabağ”ın sabiq futbolçusu Juninyo instaqram hesabında Azərbaycan klubunun heyətində vurduğu qolu paylaşıb.

“Qafqazinfo” xəbər verir ki, paylaşımda forvardın Avropa Liqasının 1/8 final mərhələsində Bakıda keçirilən matçda “Bayer”in (Leverkuzen) qapısına vurduğu qol yer alıb. 

Qeyd edək ki, Juninyo bu ilin yayında 5 milyon avro qarşılığında Braziliyanın “Flamenqo” klubuna transfer olunub. Lakin o, bu komandanın heyətində demək olar ki, oynamaq şansı qazanmır. Məhz baş məşqçi Felipe Luisin ona şans verməməsi futbolçunun Ağdam klubuna qayıdacağı ilə bağlı xəbərləri gücləndirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
43
3
qafqazinfo.az

4Mənbələr