Redaktor.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Ukrayna prezidenti Vladimir Zelenski öz telegram kanalında Fransanın prezidenti Emmanuel Makron, Böyük Britaniyanın baş naziri Kir Starmer və Almaniyanın kansleri Fridrix Merslə telefon danışığı apardığını bildirib.
Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər yaz.
Zelenskinin sözlərinə görə, tərəflər “Ukrayna və bütün Avropa üçün sülh planını” müzakirə ediblər:
“ABŞ-ın, prezident Trampın və komandasının bu müharibənin başa çatdırılması üçün göstərdiyi səyləri yüksək qiymətləndiririk. ABŞ tərəfindən hazırlanan sənəd üzərində işləyirik. Bu, real və ləyaqətli sülhü təmin edəcək plan olmalıdır”, – deyə Zelenski qeyd edib.
Ukrayna lideri həmçinin bildirib ki, tərəflər planın əsas müddəalarının nəzərə alınması üçün sıx koordinasiya aparır.
Nuriyyə NATİQQIZI
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.