Hindistanın paytaxtı Yeni Dehlidə hava keyfiyyəti 8 gündür çox pis səviyyədə qalır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, Yeni Dehlidə 24 saatlıq orta Hava Keyfiyyəti İndeksi (AQI) dəyəri 370 olaraq ölçülüb.
Məlumatlar göstərir ki, Yeni Dehlidə hava keyfiyyəti ardıcıl 8 gündür “çox pis” kateqoriyasında qalır.
Mərkəzi Çirklənmə İdarəetmə Şurası hava keyfiyyətinin bazar ertəsi 351, çərşənbə axşamı 374, çərşənbə günü isə 392 olduğunu açıqlayıb.
Mütəxəssislər hava çirklənməsi vəziyyətini ictimai sağlamlıq fövqəladə vəziyyəti kimi qiymətləndirirlər.
Həkimlər maskaların və hava təmizləyicilərinin müəyyən qoruma təmin etdiyini, lakin problemin həlli üçün il boyu davamlı siyasət dəyişikliyinə ehtiyac olduğunu vurğulayıblar.
Xəstəxanalarda tənəffüs və hava çirkliliyi ilə əlaqəli halların 10–15 faiz artdığı bildirilib.
Bir sorğuya görə, Yeni Dehlidəki hər 10 evdən 8-də son bir ay ərzində ən azı bir nəfər hava çirklənməsi səbəbindən xəstələnib.