AZ

Ermənistan Prezidenti: “Tramp yolu” Gürcüstana təhlükə yaratmayacaq

BAKI, 21 noyabr. TELEQRAF

“Ermənistanda “Tramp yolu”nun açılması Gürcüstan üçün heç bir təhlükə yaratmayacaq və itki verməyəcək, əksinə, Gürcüstanın əhəmiyyəti artacaq”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Prezidenti Vaaqn Xaçaturyan bildirib.

Xaçaturyanın sözlərinə görə, layihə reallaşarsa, Ermənistan, Türkiyə, İran, Azərbaycan və Rusiya üçün yeni imkanlar açılacaq. Ermənistan Prezidenti qeyd edib ki, Tbilisidəki görüşlər zamanı Gürcüstan rəsmilərindən “Tramp marşrutu” ilə bağlı hər hansı narahatlıq eşitməyib.

“Hər şey bizdən asılı olacaq: əgər biz həqiqətən dinc yaşamaq istəsək, qonşularımızla problemlərin həlli yolu ilə getmək istəsək, onları böyütməsək, uğur qazanacağıq. Amma buna hazır olmasaq, problemlər yaranacaq və özümüzü əvvəllər mövcud olan mühitdə tapacağıq”, - Vaaqn Xaçaturyan qeyd edib.

O əlavə edib ki, Gürcüstan müxtəlif məsələlərdə, o cümlədən Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı yardım göstərməyə hazır olduğunu bildirib.

Seçilən
35
teleqraf.com

1Mənbələr