AZ

Argentina mövcud yataqların öyrənilməsi və idarə olunması sahəsində “AzerGold” ilə əməkdaşlıqda maraqlıdır

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 21 noyabr, AZƏRTAC

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov Argentina Respublikasının ölkəmizdəki səfiri xanım Marianxeles Belluşi ilə görüşüb.

QSC-dən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Z. İbrahimov “AzerGold”un fəaliyyət sahələri üzrə əldə etdiyi nailiyyətlər, qurumun strateji planları və dağ-mədən sektorunda görülən işlər haqqında məlumat verib.

İdarə Heyətinin sədri qeyd edib ki, QSC-nin idarəetməsinə verilmiş qızıl mədəni layihələrinin icrası üzrə dövlət büdcəsindən asılılıq tam olaraq aradan qaldırılıb.

Onun sözlərinə görə, yeni əlvan və qara metal yataqlarının istismarına hazırlıq işləri uğurla davam etdirilir. İxrac gəlirliliyinə görə “AzerGold” QSC qeyri-neft və qaz sektorunda mövqeyini daha da möhkəmləndirərək ölkənin iqtisadi fəaliyyətinin şaxələndirilməsinə əhəmiyyətli töhfə verməkdədir.

Z. İbrahimov, həmçinin vurğulayıb ki, əldə olunan uğurlar ölkədə həyata keçirilən məqsədyönlü iqtisadi islahatların, əlverişli investisiya mühitinin və dövlətin dağ-mədən sənayesinə göstərdiyi davamlı dəstəyin nəticəsidir. Dövlət tərəfindən biznes mühitinin təkmilləşdirilməsi, ixracyönlü sahələrin stimullaşdırılması və yerli istehsalın inkişafı üçün yaradılan imkanlar “AzerGold”un fəaliyyətinin daha da genişlənməsinə müsbət təsir göstərir.

Sədr bildirib ki, mineral resurslarla zəngin olan bir sıra ölkələrlə, xüsusən Latın Amerikasının iqtisadi potensialı yüksək olan Argentinada əməkdaşlıq perspektivləri QSC-nin maraq dairəsindədir. Bu istiqamətdə aparılan analizlər və mümkün tərəfdaşlıq modelləri gələcəkdə yeni layihələrin reallaşdırılmasına şərait yarada bilər.

Argentinanın gümüş, mis və litium kimi geniş filiz ehtiyatlarına malik olduğunu diqqətə çatdıran Marianxeles Belluşi, ölkəsində mövcud yataqların öyrənilməsi və idarə olunması sahəsində “AzerGold” QSC ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
17
azertag.az

10Mənbələr