
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli noyabrın 21-i Zərdabda Mingəçevir, Yevlax şəhərləri və Zərdab, Ucar, Ağdaş, Göyçay, Kürdəmir rayonlarından olan vətəndaşları qəbul edib.
Bu barədə Missiya.Az-a agentlikdən məlumat verilib.
Bildirilib ki, qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bir qismi yerində öz həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.