AZ

"İnter" İngiltərə klubunun futbolçusunu istəyir

"İnter" heyətini İngiltərənin U-21 yığmasının sabiq üzvü Rayan Sessenyonu heyətinə qatmağı planlaşdırır.

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, “nerazzura” 25 yaşlı futbolçu üçün indidən danışıqlara başlayıb.

Sessenyonun “Fulhem”lə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. Rayan özü də İtaliyaya yollanmağa hazırdır.

“Fulhem”in yetirməsi olan vinger “Tottenhem” və “Hoffenhaym”da da oynadıqdan sonra 2024-cü ildə “Fulhem”ə geri qayıdıb. 

 

saytlarin hazirlanmasi

Seçilən
18
sportal.az

1Mənbələr