AZ

“Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən güclü siyasi təşkilatıdır”

Milli Məclisin sədri Sahibə Qafarova parlamentin 21 noyabr tarixli iclasında çıxış edərək hakim partiyanın yaranma tarixindən bəhs edib.

Musavat.com çıxışı təqdim edir:

“Hörmətli hökumət üzvləri,

Hörmətli deputatlar,

1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaradılması ölkəmizin siyasi həyatının müstəsna əhəmiyyətli hadisələrindən biri olub. Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyası müstəqil dövlətçiliyimizin inkişafında, ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasında, milli birlik və həmrəylimizin gücləndirilməsində son dərəcə böyük rol oynayıb.

Hörmətli həmkarlar,

Son 22 il ərzində möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə partiyamız cəmiyyətin aparıcı siyasi qüvvəsi kimi ictimai-siyasi proseslərin hərəkətverici qüvvəsinə çevrilib.

Onu da deyim ki, bildiyiniz kimi, Milli Məclisə seçilmiş deputatların böyük əksəriyyəti Yeni Azərbaycan Partiyasının üzvləridir. Və bu, partiyanın cəmiyyətdə və xalq arasında nə qədər böyük nüfuza malik olduğunu göstərir.

Yeni Azərbaycan Partiyası nəinki ölkəmizin, həm də Cənubi Qafqazın ən güclü siyasi təşkilatıdır”.

Sahibə Qafarova daha sonra bildirib:

“Hörmətli hökumət üzvləri,

Hörmətli deputatlar,

Yeni Azərbaycan Partiyasının yaradılmasının 33 illiyi münasibəti ilə mən partiyamızın sədri cənab İlham Əliyevi, partiya sədrinin birinci müavini hörmətli Mehriban xanım Əliyevanı, partiyanın bütün üzvlərini ürəkdən təbrik edirəm, xalqa və dövlətə xidmət yolunda onlara yeni uğurlar arzulayıram”.

E.Paşasoy,
Musavat.com

Seçilən
38
musavat.com

1Mənbələr