AZ

"Şəki Siti"ni hansı aqibət gözləyir? - Abdullayev söz verdi

2-ci Liqa təmsilçisi "Şəki Siti"nin futbolçu və məşqçi heyətinin 2 aydır ki, maaş üzünə həsrət qaldığını diqqətinmizə çatdırmışıq. Ardından isə AFFA-nın işə qarışaraq FİF-in (Futbolun İnkişaf Fondu) ofisində Şəkinin icra başçısı Elxan Usubovun, öhdəliklərini yerinə yetirməyən titul sponsoru "Flybast"ın direktoru Rövşən Abdullayevin və klub rəsmilərinin iştirakı ilə görüş keçirdiyini sizlərlə paylaşmışıq.

Fanat.Az-ın əldə etdiyi son məlumata görə, Abdullayev həmin görüşdən sonra borcların ödənəcəyinə söz verib.

Adı komandanın formalarında əksini tapan turizm şirkətinin rəhbəri 25 noyabr tarixinə qədər bütün borcların bağlanacağını bildirib. Məsələni diqqətdə saxlayacağıq.

Qeyd edək ki, hazırda 19 xalı olan "Şəki Siti" 2-ci Liqanın turnir cədvəlində 4-cü pillədə mövqe tutub. Şəki təmsilçisini şərikli liderlərdən - "Xankəndi" və "Qaradağ Lökbatan"dan 5 xal ayırır.

Nihat 

Seçilən
13
1
fanat.az

2Mənbələr