AZ

“Caspian International” kartımdan 11 min götürüb Aytən Səfərova

ain.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakıda fəaliyyət göstərən “Caspian International” hospitalda çalışan və sonradan işdən ayrılan tanınmış həkim Aytən Səfərova ilə bağlı qalmaqallı məsələ gündəmə gəlib.

Axşam.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, Aytən Səfərova əməkhaqqı kartından 11 min manat oğurlandığını bildirib. O əlavə edib ki, xəstəxananın vəzifəli şəxsləri mama-ginekoloqun icazəsi olmadan onun bank kartını bloklatdıraraq yenisini sifariş ediblər. Sonra həmin yeni kart vasitəsilə həkimin hesabındakı vəsait çıxarılaraq mənimsənilib.

Həkim baş verənləri təsdiqləyib. O bildirib ki, proses bu ilin yanvarında baş verib və məsələ ilə bağlı hüquqi addımlar atıb:

"Əslində, bu səhər sosial mediada bunun artıq yayıldığını gördüm. Böyük ehtimalla, xəstəxana öz-özünün düşməninə çevrilib. Bunu yayan da elə xəstəxananın özüdür. Mənim maaş kartımı “Caspian Hospital” dəyişdirərək bir gün ərzində yeni kart açıb və köhnə kartım hələ də məndə olduğu halda, içindəki vəsait yeni karta köçürülüb. Daha sonra isə həmin yeni kartdan “Caspian Hospital”ın öz bankomatından hər gün 1000 manat olmaqla ümumilikdə 11 min manat çıxarılıb”.

Həkim iddia edir ki, kartındakı vəsaiti nağdlaşdırmaq istəyəndə məbləğin mənimsənildiyindən xəbər tutub:

“Rəsmi maaş kartımdır. Yəni illərdir öz adıma işlətdiyim kartdır. Xəstəxanadan ayrıldıqdan bir ay sonra bu oğurluq baş verib. Xəstəxananın bu kartı dəyişdirmək hüququ yox idi. Üstəlik, mən artıq dekabrın 12-dən başqa xəstəxanada rəsmi şəkildə çalışırdım və “Caspian Hospital”la bütün əlaqəm tamamilə kəsilmişdi. İddia edilən hadisə isə yanvarda baş verib. Bankdan alınmış bütün rəsmi çıxarışlar var. Əlbəttə ki, aidiyyəti qurumlar bu məsələ ilə məşğuldurlar. Bütün bunlardan mənim xəbərim yalnız kartımı işlədib pul çıxarmaq istəyəndə oldu”.

Qeyd edək ki, “Caspian International” Hospitalın adının çəkilməsini istəməyən rəsmi nümayəndəsi hazırda baş vermiş hadisə ilə bağlı araşdırma aparıldığını bildirib. Qeyd olunub ki, məsələ hazırda məhkəmə müstəvisindədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
9
axsam.az

10Mənbələr