Metbuat saytından verilən məlumata görə, ain.az xəbər verir.
“Fənərbaxça”nın 100 illik yubileyi ilə əlaqədar imzalanmış forma 1 milyon türk lirəsinə hərraca çıxarılıb.
Metbuat.az xəbər verir ki, qiyməti 3 evdən baha olan idman geyimini klubun keçmiş prezidenti Hakan Safi alıb.
Hakan Safi tərəddüd etmədən forma üçün 1 milyon lirə (təxminən 410 min AZN) ödəyib.
Hərrac yekunlaşdıqdan sonra səhnəyə çıxan Safi:
“Fənərbaxça forması görəndə dözə bilmirəm, alıram. İnşallah, birliyimiz və həmrəyliyimiz sayəsində bu il çempion olacağıq”, – deyib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.