AZ

Pakistanda zavodda partlayış: 12 nəfər ölüb, onlarla insan yaralanıb  

Pakistanın şərqindəki Pəncab əyalətində kimyəvi zavodda qazanxananın partlaması nəticəsində azı 12 nəfər ölüb, onlarla insan yaralanıb.

AZƏRTAC xəbər verir ki, yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Onlardan bəzilərinin vəziyyəti ağırdır. Hazırda hadisə yerində xilasetmə əməliyyatı aparılır. Zavodun içərisində hələ də insanların olduğundan ölənlərin sayının arta biləcəyi ilə bağlı narahatlıqlar var.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, hadisə yerli vaxtla səhər saat 5:30 radələrində Feysəlabad sənaye şəhərində baş verib. Partlayış nəticəsində başlayan yanğın sürətlə binaya yayılıb.

Hadisə nəticəsində, həmçinin yaxınlıqda yerləşən bir neçə evin divarları və dam örtüyü dağılıb.

Seçilən
3
3
azerbaijan-news.az

4Mənbələr