Braziliyanın Belem şəhərində keçirilən BMT-nin COP30 konfransında baş verən yanğın zamanı xəsarət alanlar arasında Azərbaycan vətəndaşları yoxdur.
APA-nın məlumatına görə, Azərbaycan nümayəndə heyəti yanğın zamanı hər hansı xəsarət almayıb.
Qeyd edək ki, ötən gün Braziliyanın Belem şəhərində COP30 konfransının pavilyonlarından birində yanğın baş verib və təşkilatçılar nümayəndə heyətini, jurnalistləri və işçiləri təcili olaraq təxliyə etməyə məcbur olublar. Hadisə mərkəzin milli və tematik stendlərinin yerləşdiyi sərgi zonasında baş verib. Yanğına elektrik nasazlığını səbəb ola biləcəyi ehtimal edilir, lakin hələlik rəsmi açıqlama verilməyib.
Yanğın tez bir zamanda söndürülüb, lakin konfrans müvəqqəti olaraq dayandırılıb.
"Associated Press" agentliyi yanğın nəticəsində 13 nəfərin xəsarət aldığı barədə məlumat yayıb.