AZ

Ermənistan sərhəddə “qalalar” tikir

Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Ermənistan hakimiyyəti son dövrlərdə tez-tez öyünür ki, guya silah alırlar, sərhədləri təchiz edirlər․ Əvvəllər olduğu kimi sərhədi “konserv bankaları” ilə qorumaqdansa, indi beton bunkerlər və ya parlamentin Müdafiə Komitəsinin sədri Andranik Köçəryanın sevdiyi ifadə ilə desək, “sərhəd qalaları” inşa edirlər”.

Gununsesi.info xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Ermənistan Müdafiə Nazirliyindən nəşrə bildirilib ki, bu “qalalar”ın tikintisi üçün açıq tender elan edilib və inşa olunacaq obyektin hansı parametrlərə malik olacağı bəllidir:

“Başqa sözlə, təhlükəsizliklə bağlı gizli məlumatlar düşmənlərimizə (Azərbaycan nəzərdə tutulur – red.) də əlçatan olur. Bu, prosesdəki yeganə qəribəlik deyil.

Mənbəmiz həmçinin deyib ki, “qala” tikintisi ilə bağlı işlərin böyük hissəsini əsasən xaricilər – hindlilər, misirlilər, iranlılar yerinə yetirir və onların hamısının kimlikləri Milli Təhlükəsizlik Xidməti tərəfindən yoxlanılmayıb. Bu isə o deməkdir ki, onların arasında başqa ölkələrin xüsusi xidmət orqanlarına işləyənlər və ya informatorların olmamasına heç bir zəmanət yoxdur. Onlar ucuz işçi qüvvəsi adı altında gizli məlumatları qarşı tərəfə ötürə bilərlər”.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
2
icma.az

3Mənbələr