Rusiya Prezidenti Vladimir Putin bu gün "Qərb" qruplaşmasının komandanlıq məntəqələrindən birinə baş çəkib, orada müşavirə keçirib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.
O, Putinin Kupyansk ətrafı da daxil olmaqla müxtəlif ərazilərdəki vəziyyətlə bağlı məruzələri dinlədiyini söyləyib.