Baş rollarını Devrim Özkanla Deniz Can Aktaşın canlandıracağı "Yeraltı" serialında rol alacaq daha bir aktrisanın kimliyi bəlli olub.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində sonuncu dəfə "Hudutsuz sevda"da çəkilən Hülya Gülşen rol alacaq. O, layihədə "Gülsüm" obrazına həyat verəcək.
Qeyd edək ki, Aktaş "Haydar Ali", Devrim "Ceylan", Uraz Kayqılaroğlu "Bozo", Burak Sevinç isə "Mərdan" obrazını canlandıracaq.