"Mançester Siti"nin simvol isimlərindən olan Fernandinyo 40 yaşında peşəkar futbolçu karyerasını rəsmən başa vurub.
Offsideplus.az xəbər verir ki, braziliyalı veteran futbolçu qərarını belə əsaslandırıb:
“Artıq yorulmuşam. Cəmi 30 dəqiqə qaçdım və tamam tükəndim. Futbolda məni motivasiya edən heç nə qalmayıb. Çata biləcəyim hər şeyi artıq əldə etmişəm.”
Fernandinyo həm klub, həm də ölkə futbolu üçün böyük iz qoyaraq futbola vida edib.
Qeyd edək ki, Fernandinyo karyerası ərzində "Atletiko Paranense", "Şaxtyor Donetsk", "Mançester Siti" klublarında və Braziliya millisində çıxış edib. O, karyerasında 30 kubok qazanıb.