AZ

Staravoytovanı Jirinovskinin adamı öldürüb? Rusiya mediasından İDDİA

ain.az xəbər verir, Sitat.info saytına əsaslanaraq.

90-cı illərin sonlarında anti-Azərbaycan mövqeyi ilə tanınan, erməni separatizminin Rusiyadakı ən fəal dəstəkiçisi, Dövlət Dumasının deputatı Qalina Starovoytovanın öldürülməsi ilə bağlı yeni iddialar ortaya atılıb.Sitat.info xəbər verir ki, “Novaya qazeta Evropa” ölümünün 27-ci ildönümündə bədnam qadının qətli ilə bağlı ortaya ilginc iddia atıb.Qəzetin yazığına görə, Starovoytovanın qətlini sifariş edən şəxs LDPR-in sabiq deputatı, “Tambovskoye” mütəşəkkil cinayət birliyi ilə sıx əlaqələri olan Vyaçeslav Şevçenko olub.“Novaya qazeta Evropa”nın sənədlərə istinadən məlumatına görə, bu adı bilən yeganə şəxs cinayətin təşkilatçısı, 2005-ci ildə 20 il həbs cəzasına məhkum edilmiş Yuri Kolçin idi. Onun Şevçenkonun adını istintaqa deyib-demədiyi isə məlum deyil.Bununla belə, Şevçenkonun adı hələ 2005-ci ildə icraçı və təşkilatçı üzrə məhkəmə başlamazdan əvvəl iş materiallarında çəkilirdi. O, mümkün sifarişçilərdən biri kimi göstərilsə də, bu iddia versiya olaraq qaldı.Şevçenkonun özünü 2004-cü ildə – istintaqın “Starovoytova işi”nə yenidən qayıtmasından beş il əvvəl öldürmüşdülər.Nəşrin məlumatına görə, istintaq Şevçenko versiyasını genişləndirməyib, çünki belə ittiham “siyasi effekt yaratmırdı və əksinə, hüquq-mühafizə orqanlarının Jirinovskinin partiyası və 1990-cı illərin sonundakı Sankt-Peterburq kriminal mühiti ilə narahatedici əlaqələrini üzə çıxarırdı”.Xatırladaq ki, Qalina Starovoytova 1998-ci ilin noyabrın 20-də Sankt-Peterburqda mənzilinin qapısı qarşısında qətlə yetirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
2
sitat.info

3Mənbələr