AZ

Bakıda əlavə parklanma zonaları yaradılmalıdır AÇIQLAMA

ain.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

"Şəhər mühitində ən dəyərli və məhdud resurslardan biri torpaq sahələridir. Xüsusilə mərkəzi ərazilərdə torpaq sahələrinin çatışmazlığı parklanma yerlərinin mövcudluğunu ciddi şəkildə məhdudlaşdırır. Parkinq infrastrukturu isə sürücülər üçün əlverişli və təhlükəsiz avtomobil saxlanması imkanı təmin edən vacib elementdir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında nəqliyyat eksperti Rauf Ağamirzəyev parkinq məntəqələrində qiymət artımından danışarkən bildirdi.

"Resurs məhdud olduğu üçün, tələbat artdıqca, yəni şəhərdə avtomobillərin sayı çoxaldıqca və parklanma yerləri kifayət etmədikcə qiymətlərin yüksəlməsi qaçılmazdır. Bu, bazar iqtisadiyyatının sadə qanunudur: tələb artdıqca, lakin təklif sabit qaldıqca qiymətlər təbii olaraq yüksəlir. Nəticədə şəhərsalma və nəqliyyat siyasəti planlaşdırıcıları üçün əsas çağırışlardan biri bu məhdud resursların səmərəli istifadəsini təmin etməkdir. Alternativ parklanma zonalarının yaradılması, ictimai nəqliyyatın təşviqi və ikinci cərgədə dayanmanın qarşısının alınması kimi tədbirlər, həm sürücülərin rahatlığını, həm də şəhər mühitində nizam-intizamı qorumağa xidmət edir", - deyə o vurğuladı. 

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
1
redaktor.az

2Mənbələr