AZ

Rusiyada kiçik şirkətlərin yarısı vergi artımı səbəbindən bağlanır

Rusiya hakimiyyətinin Ukraynada müharibəni davam etdirmək üçün büdcəni doldurmaq məqsədilə biznes üçün vergi yükünü kəskin şəkildə artırmaq qərarı kiçik şirkətlərin yarısının bağlanmasına səbəb ola bilər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, “Toçka” bankının sorğusuna görə, sahibkarların təxminən 30%-i vergilərin artırılmasından sonra biznes fəaliyyətini davam etdirmə imkanlarını qiymətləndirəcək, daha 15%-i isə artıq ciddi şəkildə fəaliyyətini dayandırmağı düşünür.

Vergi islahatından sonra fəaliyyətini davam etdirməyə hazır olan sahibkarların payı 49%-dir.

Sorğu göstərir ki, Rusiyada hər on sahibkardan biri artıq vergi yükünün artmasına hazırlaşır. Sahibkarların üçdə biri vergi ekspertlərindən məsləhət almağı planlaşdırır, 24%-i yeni satış bazarları axtarmağı düşünür, 17%-i isə başqa vergi sistemi seçməyə hazırlaşır. Sahibkarların 15%-i iş səmərəliliyini artırmaq və işçi sayını azaltmaq niyyətində olduğunu, 10%-i isə fəaliyyətində heç nəyi dəyişməyi planlaşdırmadığını bildirib.

Musavat.com

 

Seçilən
52
musavat.com

1Mənbələr