AZ

Madridin sirri ortaya çıxdı Ançelotti danışdı

Fanat saytına istinadən ain.az xəbər verir.

"Real Madrid"in sabiq baş məşqçisi Karlo Ançelotti İspaniya mətbuatına verdiyi açıqlamada maraqlı bir futbol fəlsəfəsinə toxunub.

Fanat.Az xəbər verir ki, italyan mütəxəssis məşqlərdə Tibua Kurtuaya bəzən bilərəkdən topu qapıdan buraxmağı tapşırdığını söyləyib.

Ançelotti bildirib ki, bu üsul hücumçuların özünəinamını artırmaq və onların bitiriciliyini yaxşılaşdırmaq məqsədi daşıyırdı:

“Bəzən məşq zamanı Kurtuaya hücumçuların zərbələrini bilərək buraxmasını deyirdim. Çünki onların özünəinamı artanda matçlarda daha effektiv olurlar.”

Təcrübəli çalışdırıcı bu metodun xüsusilə gənc futbolçuların inkişafına böyük təsir etdiyini bildirib.

Kamil Xudiyev

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
2
2
fanat.az

3Mənbələr