AZ

İşləməyən sistem, xarab monitorlar quraşdırıldı Ziya Məmmədov 100 milyon dolları belə göyə sovurdu

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ölkənin informasiya təhlükəsizliyi və strateji layihələrə yanaşması bəzən bir qərarın arxasında gizlənən böyük itkilər və ya möhtəşəm uğurları açıq şəkildə göstərir. Son günlər Cloudflare-in qlobal çökməsi fonunda Azərbaycanda 9 minə yaxın resursun fəaliyyətinin dayanması, lakin dövlət sektorunun, XRİTDX-in perimetri daxilində olan GOV resurslarının bir an belə dayanmayaraq işləməsi, bu fərqin hansı düşüncə tərzindən yarandığını aydın ortaya qoydu.Demokrat.az azxeber.com-a istinadən xəbər verir ki, İKT üzrə ekspert Osman Gündüz məsələni daha geniş kontekstdə, iki tam əks nümunə ilə izah edir. Dövlətin düzgün qərarı necə ölkəni böhrandan qoruyur, yanlış qərar isə necə milyonlarla büdcə vəsaitini havaya sovurur müqayisədə xüsusilə görünür. Bu müqayisədə bir fakt yenidən diqqət mərkəzinə qayıdır:"Doğru qərar dövləti qoruyur, səhv qərar isə milyonları yeyir, sistemi çökdürür və ya tıxaca salır. Son günlər baş verənlər -Cloudflare-in qlobal çökməsi və Azərbaycandakı 9 minə yaxın resursun dayanması bu həqiqəti bir daha təsdiqlədi. Lakin diqqətçəkən məqam odur ki, dövlət perimetri daxilindəki bütün GOV resursları bir an belə dayanmadı. Bu, təsadüf deyildi, "adi hal” deyildi, bu, illər əvvəl verilmiş doğru qərarın nəticəsi idi. İllər əvvəl Cloudflare ölkədə müxtəlif qurumlara "şirnikləndirici” təkliflərlə müraciət edərkən, XRİTDX və təhlükəsizliklə məşğul dövlət qurumları həmin təkliflərə uymadı. Onlar xarici xidmətlərin arxasında gizlənən riskləri qiymətləndirərək milli təhlükəsizlik üçün lokal həlləri seçdilər, sistemləri illərlə təkmilləşdirərək dayanıqlı infrastruktur yaratdılar. Bu gün qlobal böhran yaşanarkən həmin qərarın nəticəsi aydın görünür: kritik infrastruktur ayaqdadır, dövlət resursları işləyir. Amma hamı bu qədər uğurlu olmayıb".Osman Gündüz ölkənin bir başqa tarixini də xatırladır:

"2008-ci ildə Ziya Məmmədov Koreyanın SK C&C şirkəti ilə danışıqlara çıxaraq Azərbaycana "hazır intellektual nəqliyyat sistemi” gətirilməsi üçün fantastik məbləğə - 100 milyon dollara müqavilə imzaladı. 2011-ci ildə sistem istifadəyə verilsə də, ilk gündən işləmədi. Daha sonra məlum oldu ki, nəzarət tam şəkildə şirkətin əlindədir, proqram təminatının ilkin kodları Azərbaycana verilməyib, hər yeniləmə üçün əlavə milyonlar tələb olunur. Hökumət yeni ödənişlərdən imtina etdikcə sistem çökdü, iflasa uğradı, şəhərin hər nöqtəsinə quraşdırılan kameralar və monitorlar ya sıradan çıxdı, ya da tamamilə funksiyasız qaldı. Azərbaycanın gündəlik tıxac problemi, milyonların havaya sovrulması və işləməyən Nəqliyyat Mərkəzi — bütün bunların mərkəzində bir yanlış qərar dayanır”."Bu gün Ziya Məmmədovun həmin 100 milyonluq layihəsindən qalan tək miras dayanacaqlardakı sınıq monitorlar, çürümüş avadanlıqlar və dövlət büdcəsinin geri dönməyən yüküdür. Nə qərarın arxasında dayanmış Ziya Məmmədovdan, nə də o dövrdə prosesə cavabdeh şəxslərdən indiyə qədər hər hansı hesabat tələb olunmayıb".Osman Gündüz deyir ki, belə nümunələrin sayı çoxdur və onların hər biri eyni həqiqəti göstərir: "Dövlət idarəçiliyində verilən bir düzgün və ya səhv qərar təkcə texniki nəticə yaratmır, bir ölkənin gündəlik həyatına, təhlükəsizliyinə və büdcəsinə həlledici təsir edir. Cloudflare böhranı bir daha sübut etdi ki, milli təhlükəsizliyi düşünənlər ölkəni böhrandan qoruyurlar. 2008-2011-ci illərin "intellektual nəqliyyat sistemi” isə göstərdi ki, yanlış qərar milyonları əridib aparmaqla yanaşı, illərlə bütün şəhəri tıxaca salacaq sistemsizliyə çevrilir. Bu gün verilən qərarlar sabah dövlətin ayaqda qalmasını müəyyən edir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
2
demokrat.az

3Mənbələr