AZ

Fernandinyo futbol karyerasını başa vurdu

Braziliyalı futbolçu Fernandinyo karyerasını başa vurmaq qərarına gəlib.

90deqiqe.Az-ın "Globo"ya istinadən məlumatına görə,təcrübəli yarımmüdafiəçi açıqlamasında futbolda artıq heç bir motivasiyasının qalmadığını bildirib:

“Artıq yorulmuşam. Futbolda məni motivasiya edən heç nə qalmayıb. Bu idmanda hədəflədiyim hər şeyə nail olmuşam. İndi isə ailəmlə vaxt keçirməyin vaxtıdır”, — deyə Fernandinyo bildirib.

Yanvarın 1-də o, “Atletiko Paranaense” klubundan ayrılıb və təxminən bir il azad agent kimi qaldıqdan sonra 40 yaşında karyerasını bitirməyi qərara alıb.

Fernandinyo “Mançester Siti” və Donetskin “Şaxtyor” kimi klubların formasını geyinib. Onun aktivində Ukrayna çempionatında 6, İngiltərə Premyer Liqasında 5 çempionluq, UEFA Kuboku, Amerika Kuboku və digər titullar var.

Seçilən
41
90deqiqe.az

1Mənbələr