AZ

“Bu olmasa, heç bir plan işə yaramayacaq” “Tramp planı” senatorlar üçün də gözlənilməz olub

Azpolitika.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Bu 28 bəndlik planın nə olduğunu bilmirəm. Ümumiyyətlə, bir plan üzərində işləməyimiz yaxşıdır".

“AzPolitika” xəbər verir ki, bunu Ukraynanın uzun müddətdir dəstəkçisi olan respublikaçı senator Lindsi Qrem mətbuata açıqlamasında deyib.

Lakin o, vurğulayıb ki, hər hansı bir sənəd ABŞ-nin Kiyevə əhəmiyyətli hərbi dəstək öhdəliklərinə əsaslanmalı və Moskvanın hərbi əməliyyatları maliyyələşdirmək qabiliyyətini məhdudlaşdıran addımları əhatə etməlidir.

"Putin və onun müttəfiqləri Putinin müharibə maşınını dəstəkləyənlərin iqtisadi çöküşü və Ukraynaya böyük hərbi dəstəyimiz barədə ciddi olduğumuza inanmayana qədər heç bir plan işə yaramayacaq. Onlar buna inandıqda, 28 bəndlik plan işləyəcək ", - senator deyib.

Nəşrin qeyd etdiyi kimi, bir çox senator və konqresmen “Tramp planı” barədə ilk dəfə mətbuatdan eşidiblər.

Digər respublikaçı konqresmen Don Bekon administrasiyanı Ukraynanın iştirakı olmadan Rusiya ilə danışıqlar apardığına və Kiyevə təzyiq göstərdiyinə görə tənqid edib.

Medianın xəbər verdiyi kimi, planın müddəalarının əhəmiyyətli hissəsi Ukrayna üçün qəbuledilməzdir. Kiyev yalnız hazırkı təmas xətti boyunca atəşkəs təklifi ilə razılaşır və ərazi güzəştləri tələblərini rədd edir.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
azpolitika.info

1Mənbələr