AZ

Sabunçuda ağacəkmə aksiyası keçirildi Fotolar

Qafqazinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Sabunçu rayonunun Balaxanı qəsəbəsi ərazisində “Konstitusiya və Suverenlik ili” çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 33 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, aksiyada Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, YAP Sabunçu Rayon Təşkilatının sədri Araz Xudadanov, Sabunçu Rayon İcra Hakimiyyətinin, YAP Sabunçu Rayon Təşkilatının əməkdaşları, “Balakhani Operating Company LTD” şirkətinin rəhbər heyət üzvləri, əməkdaşları və fəal gənclər iştirak ediblər.

Tədbirin əsas məqsədi ekoloji maarifləndirmə, yaşıllıqların bərpasını təşviq etmək, ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə mübarizəyə dəstək olmaqdır.

Aksiya çərçivəsində ümumilikdə 400-ə yaxın zeytun ağacı əkilib, yeni əkilmiş tinglərə aqrotexniki qulluq göstərilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
2
qafqazinfo.az

3Mənbələr