AZ

Vətəndaş öz rayonunda, kəndində ayda 800 manatlıq işlə təmin olunsa…- parlamentdə hökumətə ünvanlı təkliflər

Deputat Əli Məsimli Milli Məclisdəki müzakirələr zamanı çıxış edib.

Musavat.com-un xəbərinə görə, o, bir sıra vacib məsələlərə toxunub.

Qeyd edib ki, Dövlət Sosial Müdafiə Fondunun fəaliyytində iki istiqamət mühüm əhəmiyyət kəsb edir:

Əli

“Birincisi, Fondun öz öhdəliklərini yerinə yetirməkdən ötrü yetərincə vəsaitin cəlb edilməsi. İkincisi, dövlət büdcəsindən Fonda ayrılan vəsaitin payının azaldılması.

Dövlət Sosial Müdafiə Fondu hər iki istiqamətdə müsbət meylə nail ola bilib. Gələn il Fonda cəlb ediləcək əlavə vəsait əmək pensiyalarının əmək haqqının bu ilin orta illik artımı tümpinə uyğun maliyyələşdirməyə yetəcək. Fondun büdcəsini balanslaşdırmaqdan ötrü dövlət büdcəsindən gələn il üçün ayrlacaq vəsait mütləq göstərici ilə builkindən 100 milyon manat çox olsa da, nisbət baxımından həmin vəsaitin Dövlət Sosial Müdafiə Fondunun gəlirlərindəki payı 20 faizə enəcək”. Deputat deyib ki, pensiya məsələsi sadəcə sıradan bir sosial məsələ deyil, o həm də çox ciddi bir siyasi məsələdir: “Ona görə də bu həssas məsələ cəmiyyətin gözləntiləri baxımından çox həssas baxılmasını zəruri edir. Pensiya sahəsində islahatlar həyata keçirilməlidir. Lakin bu islahatlar indiyə qədər olduğu kimi, pensiya yaşının artırılması istiqamətində yox, pensiya sahəsində həlli vacib olan bir sıra digər istiqamətlərdə olmalıdır. Birincisi, Dövlət Sosial Müdafiə Fondunna əlavə vəsit cəlb edilməsini mənbələrindən istifadənin səmərəliliyi artırılmalıdır. Rəsmi statistikaya görə, məşğul əhalinin yalnız 1,8 milyon nəfərə yaxını və ya 35 faizi müzdla çalışanlardır. Qalan 3,3 milyon nəfərin yarıya qədəri kənd təsərrüfatında çalışıb, vergidən əsasən azad olanlardır. Digər yarısının məşğul hissəsnin fəaliyyınin şəffaflaşdırılması Pensiya Fonduna xeyli əlavə vəsiatin daxil olmasına imkan verər.

İkincisi, Azərbaycanda ÜDM-də əməyin ödəniş xərclərinin payı, MDB-nin orta statistik,eləcə də əsas enerjidaşıyıcılı ölkələrdəkindən aşağıdır. Bu yöndə irəliləyişə nail olmaqla əmək haqqlarının və deməli həm də bu əsasda pensiyaların artırılmasi üçün çox böyük maliyyə mənbəyi əldə etmiş olarıq. Üçüncüsü, regionlarda orta əmək haqqı Bakıdaındın 2 dəfə aşağıdır. Regionlarda pensiya da buna uyğun olaraq bakıdakından 2 dəfəyə yaxın azdır. Əgər yaşam şəraiti yaxşılaşsa və vətəndaş öz rayonunda, kəndində ayda məsələn, 800 manatlıq işlə təmin olunsa, Bakıya gəlib, ən uğurlu halda ayda 800-1000 manat ətrafında gəlir əldə edib, onun da 400-500 manatını kirayə haqqına verməsi kimi ağır həyat tərzi keçirməsindən xilas olar. Bu yolla Bakıya axının səngidilməsi Bakıda tıxac probleminin də xeyli səngiməsinə təsir edə bilər. Bu, həm də yerlərdə pensiyanın məbləğinə də müsbət tsir göstərmiş olar. Ona görə də yerlərdə iqtisadi fəallığı artmasına, xüsusən də kiçik və orta biznesin fəaliyyət dairəsinin genişləndirilməsinə münbit şərait yaratmaq lazımdır. Yerlərdə Xankəndində açılan tekstil fabriki kimi birgə müssisələrin yaradılması və sair üsullarla yaxşı maaşlı iş yerlərinin açılmasının dairəsi əsaslı şəkildə genişləndirilməlidir. Bu, insanların pensiyasının artmasına da müsbət təsir göstərəcək.

Dördüncüsü, pensiya kapitalının vaxtından əvvəl istifadə edilməsi,eləcə də vətəndaş pensiyaya çıxana qədər dünyasını dəyişəndə, onun pensiya kapitalının vərəsəsinə verilməsi məslələsi getdikə daha çox aktuallıq kəsb edir. Hesab edirik ki, vətəndaş pensiyaya çıxmasından bir müddət əvvəl ona pensiya kapitalının bir hissəsindən istifadə etmək imkanı verilməsi, eyni zamanda həm də əgər vətəndaş pensiyaya çıxana qədər dünyasını dəyişərsə, onun pensiya kapitalının vərəsəsinə verilməsi sosial ədələt baxımından çox zəruridir. Beşinci, hazırda erkən təqaüdə çıxmaq hüququ yalnız beş və ya daha çox uşağı olan qadınlara verilir, lakin bugünkü şəraitdə belə ailələr çox azdır. Biz bu mexanizmi genişləndirməyi təklif edirik ki, beş il əvvəl təqaüdə çıxmaq hüququ üç və ya daha çox uşağı olan ailələrə də şamil edilsin. Altıncısı, 2015-ci ilin üçpilləli devalvasiyası nəticəsində manatın alıcılıq qabiliyyəti xeyli aşağı düşdükdən sonra manatın məzənnəsi sabitdir. Amma manatın məzənnəsi sabit olsa da, onun alıcılıq qabiliyyəti aşağı düşməkdə davam edir və son illər bu daha güclü hiss olunur. Bir neçə il bundan əvvəl 100 manata almaq mümkün olan mal və məhsullarn indi həmin pula heç yarısını belə almaq mümkün deyil. Bu, ölkəmizin iqtisadiyyatna və əhalinin güzaranına mənfi təsir göstərir”.

Ə.Məsimlinin fikrincə, Rəqabət Məcəlləsinin tam gücü ilə işləməsi təmin olunmalı və inhisarçılıqdan qaynanlanan qiymət manupulyasıyalarının qarşısı alınmalıdr ki, 2026-cı ildə sosial məqsədlər üçün atrılmış 17 milyard manatın çoxu inflyasiyanın “yem”inə yox, əhalinin əlavə mal və məhsul almasına yönəlsin.

E.Paşasoy,
Musavat.com

Seçilən
41
musavat.com

1Mənbələr