AZ

ƏDV şəklində vicdan…

BAKI, 20 noyabr. TELEQRAF

Bu gün bu xəbəri nə qədər özümə yaxın buraxmaq istəməsəm də, iş çıxışı sonuna doğru iradəmə məğlub oluram. Özümü ümidi özündən tez ölən Nurcanın sevinclə kədər qarışıq videosuna baxan yerdə tapıram.

Deyirlər, hər gecə kitab oxuyurmuş, gündüzlər rəqs edirmiş, tez-tez sığınacağın sakinləri ilə sağollaşırmış ki, atası gəlib onu aparacaq.

Amma gəlmir, yeganə istəyi ailəsinə qovuşmaq olan Nurcan atasının ondan imtina etdiyini öyrənincə, tək sığınağı olan sığınacaqdaca həyatına qəsd edir.

Hadisədən sonra Nurcana sahib çıxmayan qohumları utanmadan gəlib ondan geri qalan əşyaları və bir neçə manatı götürürlər…

Təsadüfən yutubdaSezenAksunun “Geri dön” mahnısı səslənir…

Belə ağır faciənin fonunda sosial şəbəkələrdə müğənnilərin Mədəniyyət Nazirliyi ilə üçüncü dünya savaşı başlayıb, bir qisim də Rəqsanəyə gözaydınlığı verir...

Millət vəkilləri də parlamentdə nəsə deyib…

Məni də dostlar restoranda gözləyir…

Başa düşürsünüz? Nurcan ölüb! Üzündə nur olan qızın özündə can qalmayıb!

Bayraq yarıya qədər endirilməlidir!

Amma kimsə bu axşam uşaqlarının sağlığına qədəh toqquşduracaq…

Və hər şeyi sabah unudulacaq…

İndi Nurcanın hər gecə oxuduğu kitabları öz xəyal gücümlə vərəqləməyə çalıram.

Barmağımın ilişərək təsadüfən açdığı kitab səhifəsində qarşıma Fikrət Qocanın şeiriçıxır:

Sığındığım bu damdı.

Dam da yağışda damdı,

Hara baxsan adamdı,

İnsan axtarıram mən...

Qorxuram, tez əlimi kitabdan çəkirəm, daha digər səhifələri nə vərəqləməyə gücüm qalır, nə də taqətim…

Həm də utanıram – sığınacaqda övladı olan bütün valideynlərin yerinə…

Ağlayıram – “Bu gün də gəlmədilər” deyə, gözünü qapıdan çəkib səhəri başqa bir ümidlə açan uşaqların yerinə…

Və sonda soruşuram:

Həyatda bir duruşu olmayıb bu dünyaya uşaq gətirənlərlərə, ən böyük günahı işləyənlərə, Nurcandan geri qalan pullar xərclənəyənlərəƏDV vicdan şəklində geri qaytarılacaqmı?

Seçilən
47
teleqraf.com

1Mənbələr