AZ

“Təzə” Lada Niva Sport təqdimatda çürük çıxdı - VİDEO

Rusiyanın avtomobil sənayesinin yeni “fəxri” – 1,7 milyon rubl dəyərində “Lada Niva Sport” daha təqdimat mərasimində biabır olub.

Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdən məlum olur ki, avtomobilin boltları, keçid hissələri və bir sıra vacib detallar artıq paslanıb.

Mütəxəssislər bildirirlər ki, bu təkcə görünən korroziya problemi deyil, avtomobilin ümumi yığılması, material keyfiyyəti və montaj standartları ilə bağlı da ciddi qüsurlar diqqət çəkir.

Rusiyalı istifadəçilər məsələni ironiyayla qarşılayaraq yazıblar:

“Başqa bir “əzəmətimiz” yoxdur, üzrlü sayın!”

Rus avtomobil sənayesinin hazırkı durumu ilə bağlı narazılıqlar isə günbəgün artır.

Musavat.com

Seçilən
31
2
musavat.com

10Mənbələr