AZ

Suriya DİN milyonlarla vətəndaş üçün ölkəyə giriş qadağasını ləğv edəcək

Suriya keçid hökumətinin Daxili İşlər Nazirliyi bu ilin fevralından bəri ölkəyə giriş qadağaları ilə bağlı 8 milyon işin araşdırıldığını açıqlayıb.

Far.Az xarici KİV-ə istinadən xəbər verir ki, nazirliyin rəsmi nümayəndəsi Nurəddin əl-Baba bildirib ki, yaxın aylarda milyonlarla suriyalının adının qara siyahıdan çıxarılması prosesi tamamlanacaq.

Onun sözlərinə görə, ölkəyə giriş qadağalarının bir çoxu hələ 1963-cü ildə baş vermiş çevriliş dövründənqalıb. Əl-Baba vurğulayıb ki, hazırda nazirlik siyahıya siyasi səbəblərlə düşmüş, lakin cinayət törətməyən şəxsləri müəyyən edərək qadağaları ləğv edir.

Bununla yanaşı, o qeyd edib ki, təxminən 1 milyon suriyalı hələ də ölkəyə daxil olmaqdan məhrumdur - onlar keçmiş hakimiyyət strukturları ilə əlaqəli hesab edilən şəxslərdir.

Xatırladaq ki, 2024-cü ilin noyabrının sonunda müxalif silahlı qruplar Suriya ordusuna qarşı genişmiqyaslı hücuma başlayıb. 8 dekabrda Dəməşq onların nəzarətinə keçib, prezident Bəşər Əsəd isə ölkəni tərk edib. Hazırda Suriya faktiki olaraq Əhməd əş-Şəraa tərəfindən idarə olunur. O, 29 yanvar 2025-ci ildə özünü keçid dövrü üçün icraedici prezident elan edib və bu mərhələnin 4–5 il davam edəcəyini bildirib.

Seçilən
22
far.az

1Mənbələr