Müğənni D4vd - əsl adı David Anthony Burke olan 20 yaşlı musiqiçi 15 yaşlı yeniyetmə qızın qətlində şübhəli bilinir.
Publika.az xəbər verir ki, 15 yaşlı Celeste Rivas Hernandez-ın qalıqları 8 sentyabr 2025-ci il tarixində Los Ancelesdə müğənninin adına olan maşının baqaj hissəsində tapılmışdı. Polisin ilkin versiyasına görə, bədən "çürümüş vəziyyətdə", plastik torbada və avtomobilin yük yerində aşkar edilib.
İddia olunur ki, cəsədin parçalanması və atılmasında bir neçə şəxsin iştirakı ola bilər.
Hələlik ölümünün səbəbi və üsulu müəyyən edilməyib. İstintaq "ölüm işi" kimi aparılır və rəsmi hələ cinayət işi kimi təsnif edilməyib.