AZ

Polşa səfiri Rusiyada hücuma məruz qaldı - VİDEO

Polşanın Rusiyadakı səfiri Kşiştof Kraevskiy bir qrup şəxs tərəfindən hücuma məruz qalıb. 

Gundem.az xəbər verir ki, bu barədə məlumatı Polşanın “Gazeta Wyborcza” qəzeti yayıb.

Bildirilib ki, hadisə Sankt-Peterburqda qeydə alınıb. 

Səfir Polşanın Müstəqillik Günü münasibətilə sözügedən şəhərdə yaşayan polşalılarla görüşmək üçün Sankt-Peterburqda səfərdə olub.

Məlumata görə, səfir şəhərdə olarkən bir qrup rusiyalı aktivist onu əhatəyə alıb. Onlar bu zaman Polşa əleyhinə şüarlar səsləndirib.

Qeyd olunub ki, Kraevskiyin hücuma məruz qalmasına səbəb Polşanın Rusiya ilə müharibədə Ukraynaya yardım etməsidir. 

Bununla belə, səfirin insident zamanı ciddi xəsarət almadığı vurğulanıb.

 

Seçilən
13
gundem.az

1Mənbələr