AZ

Rusiya və Azərbaycan arxeoloqları yenidən Azıx mağarasında

Ajans.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Elmlər Akademiyasının (REA) Sibir bölməsinin Arxeologiya və Etnoqrafiya İnstitutunun Daş dövrü arxeologiyası şöbəsinin müdiri, REA-nın müxbir üzvü Mixail Şunkov TASS-ın mətbuat mərkəzində məlumat verib. Azıx mağarası Azərbaycanda tarixdən əvvəl insan məskəni kimi tanınan altı mağaradan ibarət kompleksdir. Azərbaycanda ən böyük karst mağarası və Qafqazda ən qədim insan məskənlərindən biri hesab olunur. "Qarabağ ərazisində apardığımız çox maraqlı işləri qeyd etmək istərdim. Orada uzun müddət ərzində arxeoloji işlər aparılmayıb. Azərbaycanlı həmkarlarımızla birlikdə Azıx mağarasında işləri bərpa etdik. Sovet dövründə SSRİ-nin nəhəng ərazisində bu, ən qədim arxeoloji obyekt idi", - deyə o bildirib. Şunkov vurğulayıb ki, həmin müddətdən 40 il keçib və tarixləndirmə üçün bu obyekti yeni metodlarla tədqiq etmək lazımdır. "Hazırda onun ətrafında böyük qədimliyə malik erkən Paleolitin bir çox yeni obyektləri var, onlar həmçinin sahilyanı Dağıstanda aşkar edilib", - deyə alim dəqiqləşdirib.

Arxeoloqlar arxeoloji abidənin stratiqrafiyasının öyrənilməsi üzrə işlər aparıblar və tarixləndirmə üçün nümunələr götürüblər. Analiz kvars və çöl şpatı hissəcikləri üzrə aparılacaq. Əvvəllər onun yaşı təxminən 800 min il əvvələ aid edilirdi. Alimin sözlərinə görə, bu, qədim insanın iki milyon il əvvəl tərk etdiyi Afrikadan kənarda yayılması haqqında daha dəqiq məlumat əldə etməyə imkan verəcək.

Seçilən
119
21
Ajans.az

10Mənbələr