AZ

Azərbaycan və Rusiya arxeoloqları Qarabağda Azıx mağarasında qazıntıları bərpa etdi


Azərbaycanlı və rus arxeoloqları Qarabağın ən qədim insan məskənlərindən biri sayılan Azıx mağarasında birgə arxeoloji qazıntıları yenidən başlayıblar.

Musavat.com xəbər verir ki, bu barədə TASS-a Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Arxeologiya və Etnoqrafiya İnstitutunun daş dövrü arxeologiyası şöbəsinin müdiri Mixail Şunkov məlumat verib.
Qazıntıların əsas məqsədi mağaranın yenidən dəqiq tarixləndirilməsidir. Alimlərin sözlərinə görə, aparılacaq yeni tədqiqatlar Afrikanı 2 milyon il əvvəl tərk etmiş ilkin insanın Avrasiyada yayılması barədə daha geniş və elmi cəhətdən dəqiq məlumatlar əldə etməyə imkan verəcək.

Azıx mağarası Qafqazın ən mühüm paleoantropoloji abidələrindən biri hesab olunur və burada tarixən bir sıra unikal tapıntılar aşkarlanıb. Yeni mərhələ həm Azərbaycan, həm də beynəlxalq elmi ictimaiyyət üçün böyük əhəmiyyət daşıyan araşdırmaların davamı kimi qiymətləndirilir.

Musavat.com

Seçilən
39
10
musavat.com

10Mənbələr