AZ

Polşa Ukrayna üçün ABŞ-dan silah alır  

Polşa hökuməti 2025-ci ilin sonuna qədər Avropa İttifaqı ölkələrinin vəsaiti hesabına Amerika silahlarının alınmasını nəzərdə tutan PURL proqramı üçün 100 milyon dollar ayıracaq.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə respublikanın xarici işlər naziri Radoslav Sikorski, Aİ ölkələrinin XİN rəhbərlərinin iclası öncəsi jurnalistlərə açıqlama verib.

“İllik sona qədər XİN büdcəsindən PURL proqramı çərçivəsində Ukraynaya hərbi yardım üçün 100 milyon dollar ayırmağı planlaşdırıram. Bu proqram vasitəsilə biz (yəni Aİ ölkələri) Amerika silahları alırıq”, – deyə Sikorski bildirib.

ABŞ prezidenti Donald Tramp bu ilin iyun ayında  “Vaşinqton və Avropa ölkələri Ukraynaya hərbi yardımın yeni sxemi barədə razılığa gəliblər. Bu sxemə əsasən, ABŞ istehsalı olan silahların tədarükü NATO-dakı Avropalı müttəfiqlər tərəfindən maliyyələşdiriləcək” fikrini səsləndirib.

Musavat.com

Seçilən
22
musavat.com

1Mənbələr