Binəqədi rayonunda yerləşən ağaclıq sahəsinin uzun müddətdir baxımsız vəziyyətdə qalması sakinlərin ciddi narazılığına səbəb olub. Sakinlər bildirirlər ki, ərazidəki ağaclar suvarılmır, yaşıllıq sahəsi tədricən quruyur və zibil yığılması ərazini yararsız vəziyyətə salır.
Avtosfer.az xəbər verir ki, Biləcəri qəsəbəsi, Xurşidbanu Natəvan küçəsində yaşayan sakinlərin sözlərinə görə, ağaclıq əvvəlcə qəsəbənin nəfəsliyi, istirahət məkanı kimi nəzərdə tutulsa da son aylarda burada heç bir qulluq işləri aparılmayıb. Nəticədə bir çox ağaclar zəifləyib, bəziləri artıq qurumağa başlayıb. Ərazinin həm də məişət tullantıları ilə zibilləndiyi deyilir.
Şikayətçilər iddia edirlər ki, yaşıllığın bu halda qalması təsadüfi deyil və bura qəsdən baxımsız buraxılır. Onların sözlərinə görə, ərazinin məqsədli şəkildə kahallaşdırılması barədə şübhələr də var. Sakinlər məsul qurumlara müraciət etsələr də hazırda ərazidə ciddi abadlıq və suvarma tədbirlərinin görülmədiyini bildirirlər.
Eltac Zülfüqaroğlu
.jpg)