BAKI, 20 noyabr. TELEQRAF
“İşsizlikdən Sığorta Fondunun 2026-cı il büdcə xərclərindən 26 milyon manat, yaxud 9,8%peşə hazırlığı və əlavə təhsilin təşkili xərclərinin maliyyələşməsinəyönəldiləcək”.
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev parlamentin bugünkü plenar iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, bu vəsait 17500 nəfər işsiz və iş axtaran şəxsinpeşə hazırlığına cəlb olunmasına imkan verəcək:
“Peşə hazırlığının təşkili xərcləri, həmçinin sosial iş yerlərində işçilərin əmək haqlarının bir hissəsinin maliyyələşdirilməsi xərcləri, habelə digər aktiv tədbirlər üçün xərclər cari il ilə eyni səviyyədə qalır”.