AZ

“Nar”ın həyəcan dolu lotereyasının növbəti qalibi yeni avtomobilinin açarlarını təhvil aldı

Sərfəli mobil operator “Nar” “Çoox Şanslı” lotereyası çərçivəsində daha bir qalibini sevindirib.

Teleqraf xəbər verir ki, keçirilən son tirajda növbəti “Haval H6 Ultra” avtomobilinin sahibi Elmira Ağabəyova olub.

“Nar” qalibi təbrik edərək ona avtomobilin açarını təqdim edib. Avtomobil tirajı ilə yanaşı, “Çoox Şanslı” lotereyasında daha üç abunəçi – Yalçın Rüstəmli, İbrahim Səfərov, Mehparə Hümbətova “Xiaomi Redmi Note 14 Pro” smartfonu qazanıblar. Qaliblər hədiyyələrini böyük sevinc və həyəcanla qəbul ediblər.

Qeyd edək ki, qaliblər tam təsadüfi seçimlə müəyyən olunub və nəticələr canlı yayımda elan edilib. “Çoox Şanslı” lotereyası ilin sonuna qədər davam edəcək. Bu müddət ərzində “Nar” abunəçiləri hər gün “Xiaomi Redmi Note 14 Pro”, hər həftə “Haval H6 Ultra” və finalda “Li L9 Ultra” avtomobili kimi möhtəşəm hədiyyələr qazanmaq imkanı əldə edirlər.

Xatırladaq ki, “Çoox Şanslı” lotereyasında iştirak etmək üçün “Nar” abunəçiləri sadəcə balanslarını artıra və ya şans qazandıran şanslı paketlərdən birini aktivləşdirə bilərlər. Belə ki, 1 AZN-lik şanslı paketə daxil olan 3 şans və 15 şəbəkədaxili danışıq dəqiqəsini *71#YES;

Seçilən
29
10
publika.az

10Mənbələr