AZ

34 illik faciə: Ermənilər Qarakənddə helikopterimizi vurmağa necə hazırlaşıb?

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Ötən əsrin 90-cı illərin əvvəllərində hamımız şahid idik ki, Ermənistan artıq əməliyyatlara başlayıb, müharibəyə hazırlaşırdı və hazırlıq işləri də çox yüksək səviyyədə aparılırdı. Azərbaycanda yaranmış hakimiyyət boşluqlarından ermənilər layiqincə istifadə edə bildilər, çünki bizim rəhbərlərimiz, respublikanın rəhbərliyində olan şəxslər sözün əsl mənasında nəzarətdən çıxmışdılar. Digər tərəfdən, müxtəlif qruplar hakimiyyət uğrunda çəkişmələrə başlamışdı".Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. O bildirib ki, Ermənistanda isə səfərbərlik artıq elan olunmuşdu və onlar hər cür terror üsullarından istifadə edirdilər:"Helikopterin vurulması da həmin proseslərin bir hissəsi idi. Çünki onların məqsədi vəziyyəti maksimal dərəcədə gərginləşdirmək və hücum üçün özlərinə bəhanə yaratmaq idi.

Təəssüf ki, bizim rəhbər şəxslər, ümumiyyətlə, rəhbərlik səlahiyyətini daşıyan zümrə, vəziyyəti layiqincə qiymətləndirə bilmirdi. Digər tərəfdən, onlar mübarizələrini, bacarıq və təpərlərini daxili qüvvələrə qarşı yönəldirdilər. Söhbət hakimiyyətə iddia edən qruplardan getmir, əksinə, ictimai qüvvələrdən gedir. Hətta fəal siyasi təfəkkürə malik insanlar anlayırdılar ki, Ermənistan informasiya sahəsində Azərbaycana qarşı çox güclü təzyiq kampaniyasına başlayıb. Onların saxtakarlıqları, uydurmaları və digər manipulyativ məlumatları bütün dünyanın xəbər lentlərini dolaşırdı və buna cavab vermək lazım idi".Politoloq deyib ki, biz isə tutarlı cavabları tam şəkildə verə bilmirdik:"Vətənpərvər insanlar çalışır, yazırdı, lakin rəhbərlik gözləmə mövqeyi tutmuşdu və mərkəzin nə deyəcəyini gözləyirdi. 1991-ci ilin əvvəllərində hələ mərkəz mövcud idi, lakin sonra Sovet İttifaqının çökməsi ilə vəziyyət tam dəyişdi. Ermənistanda hakimiyyətə gələn şəxslər, xüsusən Dağlıq Qarabağda Arçinan adlı biri, radikal qruplara heç bir maneə yaratmırdı. O deyirdi ki, mən Moskvanın nümayəndəsiyəm, məni təyin ediblər, amma sizin mübarizənizə heç vaxt mane olmayacağam, istədiyinizi edin. Onlar özlərini belə aparırdılar, bizimkilər isə yenə də mərkəzin, Qarbaçovun mövqeyini gözləyirdi".Onun sözlərinə görə, Qarbaçovdan sonra Yeltsin hakimiyyətə gələndə də bizim siyasi səhnədə olan qüvvələr Moskvanın təzyiqlərinə cavab verə bilmirdi və Ermənistanın təxribatlarına sadəcə göz yumurdu:"Bəyanatlar və açıqlamalar səsləndirilirdi, lakin onların heç bir təsiri olmurdu.Helikopterin vurulması da bu qəbildən olan təxribatlardan biri idi. Ermənistan müharibəyə tam hazır idi və öz məqamını gözləyərək mənfur niyyətlərini həyata keçirməyə başladı. Biz bir daha gördük ki, ölkədə hakimiyyət boşluğu, hakimiyyət uğrunda qrupların mübarizəsi yalnız daxili həmrəyliyi və birliyi pozurdu. Bu vəziyyət belə davam edə bilməzdi və 1993-cü ildə hakimiyyət dəyişikliyindən sonra Heydər Əliyevin qayıdışı ilə durum köklü şəkildə dəyişdi.Bu hadisə çox dəhşətli idi, insanlar həlak oldu, biz onları unutmuruq".Qeyd edək ki, bu gün Azərbaycana məxsus "Mi-8" hərbi helikopterinin erməni silahlı dəstələri tərəfindən vurulmasından 34 il ötür. Helikopterin vurulması nəticəsində Azərbaycanın bir çox dövlət xadimləri və jurnalistlər həlak olublar.Əfsanə Kamal

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
demokrat.az

1Mənbələr