AZ

Proqramı yenilənməyən smartfon ölümə səbəb oldu: "Samsung" CAVAB VERDİ

Avstraliyalı "Samsung" smartfon istifadəçisi cihazdakı problemlər səbəbindən təcili tibbi yardıma müraciət edə bilmədiyi üçün ölüb.

Publika.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Hadisə noyabrın 13-də Avstraliyanın Sidney şəhərində baş verib. Adı açıqlanmayan kişi təcili tibbi yardıma ehtiyac duysa da, təcili yardıma müraciət edə bilməyib. Məlum olub ki, onun smartfonu təcili zəngləri dəstəkləmir, ona görə də həmin şəxs tibb işçiləri ilə əlaqə saxlaya bilməyib.

Qeyd olunur ki, vaxtında yenilənməmiş bir çox "Samsung" smartfonları Avstraliyada təcili yardım nömrəsi olan 000-a zəngləri dəstəkləməyə bilər. Cihazlar 000 yığarkən 3G rejiminə keçmək üçün konfiqurasiya edilib. Bununla belə, regionda 3G şəbəkəsi işləmir, ona görə də bəzi nömrələrə edilən zənglər artıq işləmir.

"Samsung"dan bildirilib ki, smartfon proqram təminatının yenilənməsi qətiyyətlə tövsiyə edilir:

Seçilən
33
publika.az

1Mənbələr