ain.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Moskva Avropa rəsmilərinin Kalininqradda yerləşdirilən "İsgəndər" raket sistemlərinin yaratdığı təhlükə ilə bağlı açıqlamalarını mənfi qiymətləndirir.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov "Airbus" şirkətinin sədri Rene Obermanın Rusiya ilə sərhəddə nüvə silahlarının yerləşdirilməsinin zəruriliyi ilə bağlı açıqlamalarını şərh edərkən bildirib.
Kremlin sözçüsü vurğulayıb ki, region Rusiyanın ayrılmaz hissəsidir və bütün tədbirlər yalnız milli təhlükəsizliyin təmin edilməsi üçün görülür.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.