AZ

Kanalizasiyaya düşüb ölən Cümşüdə görə sahə rəisi məsuliyyətə cəlb edildi

“Baksol” adlanan ərazidə yolun çökməsi nəticəsində kanalizasiya kollektoruna düşərək həlak olan 27 yaşlı Cümşüd Cümşüdlü ilə bağlı açılmış cinayət işinin istintaqı yekunlaşıb.

KONKRET.az xəbər verir ki, “qafqazinfo”nun əldə etdiyi məlumata görə hadisə ilə əlaqədar Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətləri üzrə qəza-bərpa sahəsinin rəisi Azər Cümşüdov cinayət məsuliyyətinə cəlb olunub.

Rəis həbs edilməyib, lakin məhkəməyə qədər onun barəsində “başqa yerə getməmək” qətimkan tədbiri tətbiq edilib.

İstintaq materialları baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib və iş hakim Gültəkin Əsədova tərəfindən araşdırılacaq.

Qeyd edək ki, Cümşüd Cümşüdlünün meyiti Suraxanı rayonu, Hövsan qəsəbəsindəki kanalizasiya təmizləmə anbarında tapılmışdı. O, ailənin yeganə övladı idi.

Seçilən
11
11
konkret.az

10Mənbələr