AZ

“Bu, 1938 ci il Münhen razılaşmasına bənzəyir” Konqresdə “Tramp planı”na qarşı çıxdılar

Azpolitika.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Donald Trampın Ukraynada sülh əldə etmək üçün irəli sürdüyü bildirilən 28 bəndlik plan ABŞ-nin özündə birmənalı qarşılanmayıb. Ukraynanın öz suveren ərazilərindən və hüquqlarından imtinasını nəzərdə tutan plana qarşı çıxanlar arasında hətta respublikaçılar da var.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ-nin Nebraska ştatından olan respublikaçı konqresmen Don Bekon deyib ki, Tramp administrasiyasının Ukraynadakı müharibəyə son qoymaq üçün Kiyevdən xəbərsiz Rusiya ilə danışıqlar aparmasına "qəti şəkildə" qarşıdır. O, bunu X sosial media səhifəsindəki paylaşımında yazıb.

"Mən administrasiyanın ukraynalılar əvəzinə ruslarla danışıqlar aparması və onların ukraynalılardan müqaviləni baş verən bir fakt kimi qəbul etmələrini tələb etmək planı ilə qəti şəkildə razı deyiləm. Avropalıları prosesə cəlb etməmək axmaqlıqdır. ABŞ Cənubi Vyetnam və Əfqanıstan hökuməti ilə də eyni şeyi etdi. Bu, 1938-ci ildəki Münhen razılaşmasını xatırladır", - deyə konqresmen qeyd edib.

Xatırladaq ki, Qərb mətbuatı Trampın "sülh planı"nın Ukraynanın sülhməramlı qüvvələrdən və NATO-dan, eləcə də Donbasın qalan ərazilərindən imtina etməsini nəzərdə tutduğunu yazıb.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
azpolitika.info

1Mənbələr