Tanınmış futbolçu Memfis Depayın işləri yaxşı getmir.
Publika.az xəbər verir ki, Niderland milli komandasının ən məhsuldar hücumçusu “Korintians” klubu ilə ciddi problemlər yaşayır. Braziliyalılar ona 23 milyon real (4,31milyon dollar) borcludurlar və pulunu klubun ödədiyi hoteldən də çıxmasını tələb edirlər. Ümumilikdə, vəziyyət pis görünür.
Bundan əlavə, son günlər futbolçunun şəxsi həyatı barədə mediada detallar yayılıb. Onu gündəmə gətirən qadının adı Lara Simoeşdir.
“17 iyulda hamilə olduğumu öyrəndim. Avqustun ortasında biz mübahisə etdik və o, məni blokladı”, - deyə Lara açıqlayıb.